araz-supermarket
icon

icon

soyuq-gunlere-isti-hekaye-46
Reseptlər

Soyuq günlərə isti hekayə

10.12.2025
56

Soyuq qış günlərinin əvəzolunmaz içkilərindən biri də isti şokoladdır. Bəs bu ləzzətli içkinin tarixinin necə başladığını bilirsiniz? İsti şokoladın inkişafı əsrlər boyu davam edib, əvvəlcə soyuq və ədviyyatlı olduğu halda, zamanla isti və şirin bir içkiyə çevrilib.

Ən qədim tarixi izlər 500 il əvvəl Meksikada, Mayyalara gedib çıxır. Onlar kakao toxumlarını üyüdüb su, qarğıdalı unu və çili ilə qarışdırırdılar. Hazırladıqları içki bugünkü isti şokoladdan çox fərqli idi və adətən soyuq halda içilirdi.

1500-cü illərin əvvəllərində kakao toxumları və içkinin hazırlanması üçün zəruri vasitələr Avropaya gətirildi. O dövrdə içki hələ soyuq və acı olsa da, İspaniya kral sarayı və yüksək təbəqə arasında populyarlıq qazandı. Daha sonra içki İspaniyada çili əlavəsi olmadan, isti və şirin formada təqdim edilməyə başlanıldı. Bu içki müəyyən müddət sirr olaraq saxlanılıb və təxminən yüz ildən sonra digər Avropa ölkələrinə yayıldı.

19-cu əsrə qədər isti şokolad tibbi məqsədlər üçün də istifadə olunurdu. Bu gün isə biz onu sadəcə dadmaq və zövq almaq üçün içirik. Adi variantları adətən su ilə qarışdırılmış toz formasında olur, amma restoran və kafelərdə daha zəngin və orijinal reseptləri də mövcuddur.

Siz də “Araz”dan əldə etdiyiniz keyfiyyətli məhsullardan istifadə edərək evdə də asanlıqla zəngin və ləzzətli isti şokolad hazırlaya bilərsiniz. “Araz”da həmçinin hazır formada isti şokolad çeşidlərini də mövcuddur.
 Hazırlanma üçün: 

  • 2 stəkan süd
  • 100 qram tünd şokolad (istəyə görə südlü şokolad)
  • 1 yemək qaşığı şəkər (və ya zövqə görə)
  • Bir az vanil və ya darçın (istəyə görə)

Südü qızdırın, şokoladı əlavə edin və qarışdırın. Şəkər və ədviyyatlarla dadlandırın. Hazır olduqdan sonra fincana töküb isti-isti için.

Məqaləni paylaş